Ukrayna Nazirlər Kabineti Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin istefasına dair ərizəni müzakirə etməyə hazırdır, amma sənəd hələlik hökumətə təqdim edilməyib.
Oxu.Az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş nazirinin mətbuat katibi Dmitri Stolyarçuk bəyan edib.
O xatırladıb ki, istefa haqqında qərarı prezident verəcək, hökumət ərizəni müzakirə etməlidir.
“Amma istefa haqqında ərizə hələlik daxil olmayıb”, - mətbuat katibi deyib.
Xatırladaq ki, bu ərəfədə Mixail Saakaşvili istefasını bəyan edib.
N.O.
www.oxu.az