Odessa məhkəməsi Krıma səfər etdiyinə görə saxlanılan Tanzaniya gəmisinin müsadirə edilməsinə dair qərar verib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın Cənub regionu üzrə hərbi prokurorluğunun saytında dərc edilmiş məlumatda bildirilir.
Tanzaniya bayrağı altında üzən və Krımdan Ukrayna gömrük nəzarətindən yayınaraq göyərtəsinə 3 min tondan çox texniki sodanı götürmüş “Sky Moon” yük gəmisi noyabrın 30-da Ukrayna sərhədçiləri tərəfindən saxlanılıb.
A.S.
www.oxu.az