Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ukraynanın Baş naziri "Facebook"da vida videosu yaydı
Ukraynanın Baş naziri Vladimir Qroysman öz "Facebook" hesabında vida videomüraciəti yayımlayıb. Müraciətdə Qroysman xələfinə stabil və inkişaf edən bir ölkə təhvil verdiyini bildirib:
"Çox tezliklə bu kabinetə çiyinlərinə ölkəni necə qurmaq və inkişaf etdirmək kimi böyük məsuliyyət düşən yeni Baş nazir daxil olacaq. Öz təcrübəmdən bilirəm ki, milyonların həyatını həll edən qərarlar qəbul etmək asan deyil. Ona görə də xələfimə güc, səbr və uğurlar arzu etmək istəyirəm".
Qroysman onu da qeyd edib ki, o gələcək Baş nazirə təkcə stabil ölkə təhvil vermir, bundan sonra da Ukraynanın inkişafı üçün çalışacaq: "Mənim Ukraynaya xidmətim bu gün bitmir. Mən böyük ölkəmizin uğurları üçün çalışmağa davam edəcəyəm".
Qeyd edək ki, iyulun 21-də Ali Radaya növbədənkənar seçki keçirilmişdi. Seçilmiş parlament avqustun 29-dan işə başlayacaq və prezidentin təqdimatına əsasən yeni baş nazir təyin edəcək.
"Ukrayna" teqi üzrə xəbərlər
- ABŞ və Ukrayna Ər-Riyadda danışıqların ikinci raundunu yekunlaşdırıblar
- Ukraynanın Ər-Riyadda ABŞ ilə nəyi müzakirə etdiyi BƏLLİ OLDU
- ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar yekunlaşıb
- ABŞ Rusiya ilə danışıqlarda real irəliləyiş gözləyir
- Pandemiya və müharibə Azərbaycanın Ukraynaya investisiyalarına necə təsir edib?