İyulun 17-dən avqustun 13-dək dünyada 1 milyon 400 mindən çox insan koronavirusa yoluxub.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Həmçinin bildirilir ki, yuxarıda qeyd olunan müddət ərzində 2 300-dən çox insan COVID 19-dan dünyasını dəyişib.
ÜST bəyan edir ki, mayın 5-də elan etdiyi fövqəladə vəziyyətin sona çatmasına baxmayaraq, COVID-19 infeksiyası dünyada əsas təhlükə mənbəyi olaraq qalmaqdadır.
Bununla əlaqədar olaraq təşkilat ölkələri diqqətli olmağa, mütəmadi müşahidə və hesabat aparmağa, yüksək riskli qrupları peyvəndlə təmin etməyə, ventilyasiyanı yaxşılaşdırmağa çağırıb.
Mənbə: TASS
Rəylər