Venesuelada qeydə alınan dəhşətli zəlzələ ölkə tarixində 1900-cü ildən bəri baş vermiş ən güclü seysmik hadisə kimi qiymətləndirilir.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin arxiv məlumatlarına istinadən "The New York Times" qəzeti məlumat yayıb.
Məlumata görə, 1900-cü ildəki zəlzələnin maqnitudası 7.7 olub. O vaxtlar müasir ölçmə texnologiyaları mövcud olmadığı üçün gücün qiymətləndirilməsi dağıntılar barədə məlumatlar əsasında aparılıb. 126 il əvvəl Karakasda baş verən seysmik hadisə nəticəsində 21 nəfər ölüb, 50 nəfər isə yaralanıb. Təqribən 300 ev dağılıb, bir çox insan çadırlarda yaşamaq məcburiyyətində qalıb.
Qəzet yazır ki, illər öncə baş vermiş hadisə nəticəsində kilsələrin damlarındakı qüllələr qırılıb, hökumət və universitet binaları zərər görüb.