Venesuelada baş vermiş dəhşətli zəlzələ nəticəsində həyatını itirənlərin sayı 5 278 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Xorxe Rodriges özünün "Telegram" kanalında məlumat paylaşıb.
Onun açıqladığı gündəlik hökumət hesabatına əsasən, 16 740 nəfər xəsarət alıb, 17 907 nəfər isə evsiz qalıb.
190 bina tamamilə dağılıb, 856 binaya isə ciddi ziyan dəyib.
Axtarış-xilasetmə tədbirləri zamanı 6 462 nəfər xilas edilib, 41 069 nəfər tibb müəssisələrində müalicəyə cəlb olunub. Ümumilikdə 128 324 ailəyə müvafiq yardım göstərilib, 23 587 nəfər 107 müvəqqəti sığınacaq düşərgəsində yerləşdirilib, zərərçəkmişlərə 10 964.97 ton ərzaq məhsulu paylanılıb.
Qeyd edək ki, Venesuelada güclü zəlzələ iyunun 24-də axşam saatlarında qeydə alınıb. Təxminən 40 saniyə fərqlə 7.2 və 7.5 maqnitudalı iki yeraltı təkan baş verib.