"Vikipediya"nın təsisçisi Cimmi Uels alman jurnalist Tilo Yunqun "Jung & Naiv" şousunda "axmaq" suala görə qəzəblənib və müsahibəni yarımçıq qoyub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Almaniyanın "Bild" qəzeti məlumat verib.
Məlumata görə, müsahibə Yunqun Uelsin "Vikipediya"nın yeganə təsisçisi və ya həmtəsisçisi olub-olmaması ilə bağlı ilk sualından sonra başa çatıb.
"Fərqi yoxdur. Bu, dünyanın ən axmaq sualıdır! Mənə nə istəyirsiniz, deyin", - deyə Cimmi Uels bəyan edib.
O, səsyazmanın başlanmasından cəmi 48 saniyə sonra qəzəb içində studiyanı tərk edib. Jurnalist dəqiq cavab almaq üçün dəfələrlə ard-arda Uelsə aydınlaşdırıcı suallar verib.
Müsahibə zamanı mübahisə "Vikipediya"nın həmtəsisçisi Larri Senqer və Uels arasında fikir ayrlıqlarının səbəblərini aydınlaşdırmaq cəhdindən qaynaqlanıb. 2001-ci ildə onlar onlayn ensiklopediyanın yaradılması üzərində birlikdə çalışıblar, lakin Uels sonradan özünü yeganə təsisçi adlandırıb.
Buna cavab olaraq, Senqer keçmiş tərəfdaşını yalan danışmaqda ittiham edib.