Vyetnamın mərkəzində güclü yağışların yaratdığı daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 41-ə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit Nazirliyi məlumat yayıb.
Məlumata görə, 16-20 noyabr tarixlərindəki aramsız yağışlar 52 mindən çox evə ziyan vurub və onları su altında qoyub.
13 000 hektardan çox kənd təsərrüfatı sahəsi və təxminən 2 100 hektar meyvə bağları ciddi ziyan görüb, 30 000-dən çox mal-qara və quş tələf olub.
Sel həmçinin avtomobil və dəmir yolu əlaqələrini ciddi şəkildə pozub.
Vyetnamın mərkəzində baş verən leysan yağışları və daşqınlar nəticəsində azı 26 nəfər ölüb, daha doqquz sakin itkin düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Vyetnamın "VnExpress" nəşri məlumat yayıb.
Məlumata görə, uzun sürən yağışlar səbəbindən bir çox ərazilərdə növbəti daşqınlar və torpaq sürüşməsi riski yüksək olaraq qalır. Ölkənin mərkəzi hissələrində və digər bölgələrlə avtomobil və dəmir yolu əlaqələri ciddi şəkildə pozulub.
Vyetnamın mərkəzində leysan yağışları və daşqınlar nəticəsində ölənlərin sayı 16-ya çatıb, daha beş nəfər itkin düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Xəbərdə bildirilir ki, 43 mindən çox ev, 10 min hektardan çox çəltik və digər əkin sahələri su altında qalıb. 6500-dən çox mal-qara və ev quşu tələf olub və ya sel aparıb.
Regionda 553 mindən çox evdə elektrik enerjisi kəsilib.