Rusiyanın Udmurtiya Respublikasının Sarapul şəhərində yerləşən "Wildberries" logistika kompleksində təhlükəsizlik məqsədilə əvvəlcədən təxliyə həyata keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə RWB-nin ("Wildberries" və "Russ" şirkətlərinin birləşmiş qrupu) mətbuat xidməti özünün "Telegram" kanalında açıqlama yayıb.
Bəyanatda vurğulanır ki, bu addım region ərazisində hava həyəcanı siqnalının verilməsi ilə əlaqədar atılıb:
"Şirkətin Sarapuldakı logistika obyektinə edilən hücum nəticəsində yanğın başlayıb. Hazırda hadisə yerinə cəlb olunmuş yanğınsöndürmə briqadaları fəaliyyət göstərir. İlkin məlumatlara əsasən, xəsarət alan yoxdur".
Rusiyanın Penza vilayətində yerləşən "Wildberries" şirkətinə məxsus anbar Ukraynaya aid pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. İlkin məlumatlara görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb və 200-ə yaxın işçi ərazidən təhlükəsiz yerə təxliyə olunub.
Oxu.Az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Oleq Melniçenko özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Düşmən PUA-ları tərəfindən "Wildberries" anbarına terror hücumu həyata keçirilib. İlkin məlumatlara əsasən, bir nəfər yaralanıb, təqribən 200 əməkdaş isə təxliyə edilib", - deyə qubernator bildirib.