Aşqabadda Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrinin növbəti iclası başlayıb.
İclasda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nazirlik və qurumlarının rəhbərləri və aparıcı mütəxəssisləri iştirak edir.
Oxu.Az bu barədə “Turkmen Portal”a istinadən xəbər verir.
Türkmən prezidenti yanında Xəzər dənizi məsələləri üzrə dövlət müəssisəsinin və İqtisadiyyat və İnkişaf Nazirliyi tərəfindən təşkil edilmiş görüşün gündəmindəki əsas mövzu – Xəzəryanı ölkələr arasında ticarət-iqtisadi əməkdaşlığa dair Sazişin layihəsinin müzakirəsidir.
Sənədi prezident Qurbanqulu Berdiməhəmmədovun 2014-cü ildə Həştərxanda Xəzəryanı dövlətlərin rəhbərlərinin Sammitində səsləndirdiyi təşəbbüsünə müvafiq olaraq türkmən tərəfi hazırlayıb.
N.О.
www.oxu.az