Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Yəhya Sinvarın cəsədi israilli girovlarla dəyişdirilə bilər
İsrail hərbçiləri tərəfindən öldürülən HƏMAS lideri Yəhya Sinvarın cəsədi Qəzza zolağında saxlanılan israilli girovlarla dəyişdirilə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Qeyd olunub ki, öldürüldükdən sonra Yəhya Sinvarın cəsədi İsrailə aparılıb və gizli yerdə saxlanılır. Hazırda İsrail tərəfi danışıqlar zamanı onu İsrailli girovlarla dəyişdirmək barədə şərt irəli sürməyə hazırlaşır.
Məlumat üçün əlavə edək ki, Təl-Əviv keçən il oktyabrın 7-də HƏMAS-ın keçirdiyi hücuma görə məsuliyyət daşıyanlardan birinin də məhz Yəhya Sinvar olduğunu bildirmişdi.
"İsrail" teqi üzrə xəbərlər
- HƏMAS danışıqlar taktikasını dəyişir: Girov mübadiləsi ilə bağlı gözlənilməz yenilik
- Daha bir dövlət İsraildəki səfirliyini Qüdsdə açacaq
- İsrail Cənubi Livandan demək olar ki, bütün qoşunlarını çıxarıb
- "Haber Global"da ABŞ dövlət katibinin İsrailə səfərinə həsr olunan süjet yayımlanıb
- ABŞ İsrailə ağır bombalar göndərib
Ən çox oxunanlar