Yunanıstanın XİN rəhbərinin müavini və Avropa İttifaqının işləri üzrə məsul Yorqes Katrouqalos bəyan edib ki, Yunanıstan Türkiyə ilə dost münasibətlər qurmağa çalışıb.
Oxu.Az bu barədə TRT-yə istinadən xəbər verir.
Y.Katrouqalos özəl televiziya kanalının efirində etdiyi bəyanatda türkiyəli nazirlər tərəfindən təbliğatın aparılması imkanını şərh edərkən deyib:
“Daha öncə Türkiyə hakimiyyəti seçkiqabağı kampaniya çərçivəsində Frakiyaya səfər edib. Onlara mane olmağa səbəb yoxdur. Avropada gərginlik yaratmaq lazım deyil, bu münasibətlərdə problemə səbəb ola bilər”.
O, həmçinin qeyd edib ki, seçkiqabağı kampaniyalar dövlətlər arasında münasibətləri pozmamalıdır: “Mən digər dövlətlərin daxili siyasi qərarlarını qınaya bilmərəm, amma belə iclaslar Avropada da keçirilməlidir”.
N.О.
www.oxu.az