Rusiya XİN-in rəsmi təmsilçisi Mariya Zaxarova polşalı fəallar ilə araq içərək əsgər sıyığı yeyib.
Oxu.Az bu barədə RT-yə istinadən xəbər verir.
Zaxarova öncə sağlıq deyərək tanışlığa içməyi təklif edib. Daha sonra masa arxasında olan fəallarla birlikdə araq içib.
Sıyığın dadına baxarkən XİN nümayəndəsi yeməyin nədən hazırlandığını soruşub.
Sıyığın qarabaşaqdan olduğunu, ət və köklə bişirildiyi bildirilib.
“Demək olar ki, Böyük Vətən müharibəsində olan resept üzrə hazırlanıb”, - deyə bir nəfər əlavə edib.
N.O.
www.oxu.az