Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Tərtər Kinoteatrı 30 min manata satıldı
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi sahəsində keçirilən bugünkü hərracda buraxılış ili 2012-ci il olan “VAZ-21214” markalı avtomobil 5 min 200 manata satılıb.
Komitədən Oxu.Az-a verilən məlumata görə, avtomobilə ilkin 3 min 500 manat qiymət təyin olunub.
İştirakçılar arasında mübarizə nəticəsində satış qiyməti yüksəlib. “VAZ-21074” markalı nəqliyyat vasitəsinin ilkin qiyməti 1400 manat təyin olunsa da, hərrac qalibi bu avtomobil üçün 2 min 700 manat ödəyib.
Bundan əlavə, hərraca çıxarılan Tərtər Kinoteatrı investor tərəfindən 30 min manat ödənilməklə özəlləşdirilib. Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələrindən biri də İmişli rayonu, Meliorator qəsəbəsində yerləşən 49 saylı yeməkxanadır. Ümumi faydalı sahəsi 620 kv.m olan bu obyekt üçün vətəndaş 20 min manat ödəyib.
Komitə tərəfindən növbəti hərrac avqustun 21-i keçiriləcək. Hərraca ümumilikdə 151 dövlət əmlakı çıxarılıb. Bunlardan 23-ü səhmdar cəmiyyətləri, 86-sı kiçik dövlət müəssisə və obyekti, 33-ü qeyri-yaşayış sahəsi, doqquzu isə nəqliyyat vasitəsidir.
L.Ə.
www.oxu.az
"İmişli" teqi üzrə xəbərlər
- İki qurumdan birgə ƏMƏLİYYAT: 134 kiloqram narkotiklə yaxaladılar
- Qazax və İmişli sakinləri evlərində ölü tapılıblar
- Baş prokuror Kamran Əliyevdən beş aydır nə ölüsü, nə dirisi tapılan Rasimlə bağlı TAPŞIRIQ
- Eşqə görə intihar edən kişinin sevgilisinin iki uşağı olub - TƏFƏRRÜAT + YENİLƏNİB
- Meyvə şirəsi qabında şampun gətirməsinə irad bildirən atasını öldürdü - DETALLAR