27 
Sen
2018
11:39
52
195
2946
Virtual karabakh

Nazir: Azərbaycanda ət təminatı 90 faizə yaxındır - VİDEO

27 Sen, 2018
11:39
2946

Nazir: Azərbaycanda ət təminatı 90 faizə yaxındır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycanın daxili istehsal hesabına ət təminatı 90 faizə yaxındır.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.

Onun sözlərinə görə, heyvandarlığın inkişafı üzrə dövlət proqramı hazırlanır:

“Ölkəmizdə ət təminatı 90 faizə yaxındır. Hesab edirəm ki, bu, dünya ölkələri ilə müqayisədə yüksək bir göstəricidir. Bununla yanaşı, artan tələbatı təmin etmək, gələcəkdə bu sahədə intensiv heyvandarlığın inkişafı üçün hazırda prezident İlham Əliyevin göstərişinə əsasən, heyvandarlığın inkişafı üzrə dövlət proqramı hazırlanır”.

Nazir qeyd edib ki, proqram hazırlandıqdan sonra gələcəkdə Azərbaycan ət ixracatçısına çevrilmiş olacaq.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri