Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Dünya Bankı Azərbaycanla bağlı proqnozlarını açıqladı
Azərbaycanda ortamüddətli dövrdə təbii qaz ixracı və daxili tələbatın artımı iqtisadi fəaliyyəti gücləndirəcək.
Oxu.Az xəbər verir ki, Dünya Bankının Azərbaycanla bağlı hesabatına görə, Azərbaycanda qeyri-neft sektorunda artım ortamüddətli dövr üçün 2,7% səviyyəsində müəyyən olunub.
Bu isə neftin sabit qiymətləri, bazarın etibarlılığının yüksəlməsi, investisiyaların tədricən bərpa olunması və bank sektorunun inkişafından asılı olacaq.
Xarici şokların olmadığı təqdirdə ölkəmizdə inflyasiyanın 3 faizdən aşağı olacağı gözlənilir.
Dünya Bankının mütəxəssisləri hesab edir ki, neft qiymətləri indiki səviyyədə qalsa, cari əməliyyatlar hesabının profisitinin 2020-ci ilə qədər ÜDM-nin orta hesabla 10%-nə bərabər olacaq.
Analitiklərin fikrincə, manatın məzənnəsindəki yüksəliş səbəbindən idxal arta bilər.
“Hökumət yüksələn qlobal maliyyə bazarının qeyri-müəyyənliyinə cavab olaraq ehtiyatlı davransa da, fiskal xərclər artacaq”, - deyə hesabatda qeyd olunub.
Neft qiymətlərinin artması ilə ortamüddətli dövrdə fiskal balansda profisit olacağı proqnozlaşdırılır.
Dünya Bankında hesab edirlər ki, Türkiyəyə iqtisadi təzyiqlərin davam edəcəyi və türk lirəsinin zəifləyəcəyi təqdirdə isə bu, qardaş ölkəyə ixrac olunan Azərbaycan məhsullarının rəqabət qabiliyyətinə mənfi təsir göstərəcək və bu da manata təzyiqləri artıracaq.