Fev
2019
12:31
325
72
5929
Virtual karabakh

Hacıqabulda avtomobil zavodunun təməli qoyuldu - FOTO

Bu gün Hacıqabul Sənaye Məhəlləsində yeni avtomobil zavodunun əsası qoyulub.

Oxu.Az xəbər verir ki, təməlqoyma mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və onun rusiyalı həmkarı  Maksim Oreşkin iştirak ediblər.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun sözlərinə görə, zavodda “QAZ” markalı yüngül tonnajlı yük maşınları buraxılacaq.

İllik min ədəd avtomobil istehsalı üçün nəzərdə tutulan müəssisənin maliyyə dəyəri 14 milyon manatdır, və bu vəsait tam olaraq “Azərmaş” ASC tərəfindən yatırılacaq. 

İstehsal avadanlıqları Rusiya və Avropa İttifaqı ölkələrindən gətirilib. 

Müəssisə 2020-ci ildə istehsala başlayacaq və burada 100 nəfər işlə təmin olunacaq.

İlhamə Abdullayeva
Foto: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri