12 
Mar
2019
17:46
34
158
2352
Virtual karabakh

Mərkəzi Bank Fransa bankı ilə müqavilə bağladı

12 Mar, 2019
17:46
2352

Mərkəzi Bank Fransa bankı ilə müqavilə bağladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfəri çərçivəsində Mərkəzi Bankla “Rotshshild&Cie” Bankı arasında əməkdaşlıq razılaşması olub.

Məkəzi Bankın məlumatına görə, səfər çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafına və əməkdaşlığın genişləndirilməsinə həsr olumuş çoxsaylı görüşlər keçirilib.

Birinci vitse-prezidentin vacib görüşlərindən biri də “Rotshshild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşildlə olub.

Qeyd edək ki, “Rothschild Global Financial Advisory” şirkəti 3500-dən çox peşəkar ekspertləri ilə 40-dan çox ölkədə maliyyə məsələhət xidmətləri göstərir.

Görüş zamanı əldə olunmuş razılaşmaya əsasən, beynəlxalq maliyyə bazarları üzrə məsləhət xidmətlərində yüksək nüfuza və geniş təcrübəyə malik olan “Rotshshild&Cie” Bankı ilə Azərbaycan Mərkəzi Bankı arasında məsləhət xidmətlərinin göstərilməsinə dair Mərkəzi Bankın sədri Elman Rüstəmov və “Rotchild & Cie” Bankının baş direktoru Aryel Malard dö Rotşild strateji əməkdaşlıq müqaviləsi imzalayıblar.

İmzalanmış müqaviləyə əsasən üç strateji istiqamət üzrə əməkdaşlıq həyata keçiriləcək:

- Bank sektorunun cari vəziyyəti və sektora təsir edən əsas faktorlar qiymətləndiriləcək, aparıcı bankların biznes modelləri skorinq metodologiyasına uyğun olaraq nəzərdən keçiriləcək, bank sektorunun maliyyə dayanıqlığının gücləndirilməsi və restrukturizasiya proseslərinin başa çatdırılması üçün zəruri olan tədbirlər üzrə tövsiyələr hazırlanacaq;

- Banklararası, kapital və borc bazarlarının, bazar iştirakçılarının, prosedurların və infrastrukturun, məhsulların, bankların beynəlxalq borc və kapital bazarlarında iştirak imkanlarının təfərrüatlı qiymətləndirilməsi həyata keçiriləcək;

- Milli valyutada mövcud olan maliyyə alət və bazarları, onların inkişaf perspektivləri, maliyyə institutlarının rolu, yerli və beynəlxalq klirinq və depozitari təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçiriləcək və tövsiyələr hazırlanacaq.

Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçiriləcək bu tədbirlər kapital və pul bazarlarının dərinləşdirilməsi və inkişaf etdirilməsi, bank sektorunun maliyyə dayanıqlığının gücləndirilməsi, iqtisadi artımda maliyyə sektorunun rolunun gücləndirilməsi istiqamətində müəyyən edilmiş hədəflərin reallaşmasında mühüm rol oynayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri