Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Belarusdan Azərbaycana məhsul ixracı azalıb
Belarus hakimiyyəti xarici ticarətin statistikasını hazırlayıb.
Açıqlamaya görə, ölkənin 10 ay ərzində məhsul ixracında bir milyard dollar geri düşdüyü məlum olub.
Banki24.by-ın xəbərinə görə, 10 ay ərzində ixrac axınının azaldılmasına üç dövlət - Birləşmiş Krallıq (mənfi 538 milyon ABŞ dolları (914 milyon AZN)), Niderland (mənfi 640 milyon dollar (1,088 milyon AZN)) və Azərbaycan (mənfi 263 milyon dollar (447 milyon AZN)) səbəb olub.
Statistikaya görə, Belarus, əsasən, İngiltərə və Niderlanda neft məhsulları ixrac edir. Rusiyanın vergi manevri tədricən Belarusdan maye karbohidrogenləri uzun məsafələrə tədarük etməyi yararsız hala gətirib. Bu da ixracın azalmasına səbəb olub.
10 ayda Azərbaycana ixrac 2018-ci ilə görə 3,3 dəfə azalıb.
Məsələ burasındadır ki, keçən il Azərbaycan Belarusdan hərbi texnika alıb. 2019-cu ildə birdəfəlik belə böyük alış olmayıb. Beləliklə, ixracat azalıb.
İxracın azalmasının səbəblərindən biri də Belarus rublunun dəyərdən düşməsi ilə əlaqələndirilir.
"Birləşmiş Krallıq" teqi üzrə xəbərlər
- Britaniyanın Baş naziri: "İqlim böhranının ön cəbhəsində olan ölkələri dəstəkləməyə hazırıq"
- "Böyük dövlətlərin böyük tullantıları" - Fövqəl dövlətlər niyə narahatdırlar?
- Xaricdə təhsil almaq əhəmiyyətlidirmi?
- İnsan lider olaraq doğulur, yoxsa sonradan bu keyfiyyətləri qazanır? - Samir Novruzovla MÜSAHİBƏ
- COP29 Təşkilat Komitəsinin üzvü: "Beynəlxalq ictimaiyyət iddialı hədəflər gözləyir"