20 
Fev
2020
16:53
22
119
4310
Virtual karabakh

“Azəriqaz”da yeni departament yaradıldı

Son vaxtlar “Azəriqaz” İstehsalat Birliyi abonent məmnuniyyəti qazanmaq, onlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün bir çox addımlar atır.

“Azəriqaz”dan Oxu.Az-a bildirilib ki, xüsusən də müştəri xidmətləri sahəsində şəffaflığın və operativliyin təmin olunması üçün müvafiq işlər görülür.

Lakin bu prosesin daha da geniş vüsət alması, Azərbaycan Respublikasının Prezidentinin ölkədə apardığı islahatlara uyğun hədəflərin düzgün seçilməsi, yeni çağırışlara cavab verən struktur islahatlarına ehtiyac yaranıb.

Dövlətimizin kommunal xidmətlər sektorunda xüsusi yeri olan və 2 milyon 300 minə yaxın abonenti olan “Azəriqaz” İstehsalat Birliyi ölkə başçısının qarşıya qoyduğu tapşırıqları qüsursuz yerinə yetirmək üçün strukturunda müəyyən dəyişiklik edib. 

Fevralın 20-də “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin imzaladığı əmrlə struktur islahatı aparılıb.

Belə ki, Bakı Regional Qazın Satışı Departamenti, Bakı Regional qaz ölçü qurğularına xidmət Departamenti və Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi birləşdirilməklə onların bazasında  Bakı Regional Qazın Satışı Departamenti yenidən formalaşdırılıb.

Bu məqsədlə Birliyin idarəetmə aparatına daxil olan 100-ə yaxın aşağı dərəcəli işçilərin ştatı bağlanaraq yeni Departamentə köçürüləcəklər. Lakin onların, xüsusən də mühəndis heyətinin struktur islahatları zamanı əmək haqlarında hər hansı azalma baş verməyəcək, əksinə bəzi əməkdaşların məvaciblərində artım qeydə alınacaq. Ümumilikdə isə struktur islahatları işçilərin ixtisarına səbəb olmayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri