Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Samir Şərifov: “Büdcə qaydasının tətbiqi müvəqqəti dayandırılır”
“2020-ci il dövlət büdcəsinin gəlir və xərcləri arasında tarazlığın bərqərar edilməsi məqsədilə büdcə qaydasının tətbiqi müvəqqəti dayandırılır”.
Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Maliyyə naziri Samir Şərifov deyib.
O bildirib ki, cari ildə yumşaq kontur-tsiklik büdcə siyasətinin həyata keçirilməsi zəruri hesab olunur.
“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanununa dəyişiklik layihəsinə əsasən, “Büdcə sistemi haqqında” qanunun 11.1-ci maddəsində nəzərdə tutulan büdcə qaydasının tətbiqi 2022-ci ilin yanvarın 1-dək dayandırılır.
“Büdcə sistemi haqqında” qanunun 11.1-ci maddəsinə əsasən, dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin Milli Məclisə təqdim edildiyi günədək olan dövrü əhatə edir.
Aqşin Kərimov
"Milli Məclis" teqi üzrə xəbərlər
- Sabiq millət vəkili vəfat edib
- Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana CAVAB
- Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB
- Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - YENİ TƏKLİF
- Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı TƏLƏB ETDİ