11 
Avq
2020
12:39
150
43
1795
Virtual karabakh

“Qarabağ” dayaq bloku bir ay ərzində dənizdə quraşdırılacaq - AÇIQLAMA

“Qarabağ” dayaq blokunun hündürlüyü 187 metrdir. Xəzər dənizində ən böyük dayaq blokudur”.

Oxu.Az-ın məlumatına görə, bunu “Qarabağ” əməliyyat şirkətinin layihə rəhbəri Ağamalı Qurbanov bildirib.

O qeyd edib ki, dayaq blokunun bir ay müddətində dənizdə quraşdırılması planlaşdırılır:

“Dəniz əməliyyatlarında normal hava şəraiti zamanı 260-280 gün lazımdır ki, blok dənizdə quraşdırılsın”.

O qeyd edib ki, blok vasitəsilə yataqdan 21 milyon tondan çox neftin hasil olunması nəzərdə tutulur. Eyni zamanda, yataqdan 13 milyard kubmetrdən çox qazın hasil olunması planlaşdırılır.

“Platformadan altı neft quyusu, üç suvurma və iki sualtı qaz quyusu qazılacaq”, - deyə layihə rəhbəri əlavə edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri