Azərbaycan Respublikası Neft Fondunun İdarə Heyətində yeni təyinat olub.
ARDNF-dən Oxu.Az-a verilən məlumata görə, Bəhruz Bəhramov Neft Fondunun İcraçı direktorunun müşaviri təyin edilib.
Qeyd edək ki, Bəhruz Bəhramov 2016-cı ildən hazırkı tarixədək ARDNF-nin Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb. Daha öncə Fondun İnvestisiya və Risklərin idarə edilməsi departamentlərində müxtəlif vəzifələrdə, 2014-2016-cı illər ərzində isə ARDNF-nin Risklərin idarə edilməsi departamentinin direktor müavini vəzifəsində işləyib.