Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycan nefti bahalaşıb
Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,72 ABŞ dolları və ya 0,85% artaraq, 85,45 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.
Ən çox oxunanlar