Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Nazir: “Heyvanlarda xəstəliklərin erkən aşkarlanması vacib məsələlərdən biridir” - FOTO
“Biz öz potensialımızı artırmalıyıq. Heyvanlarda xəstəliklərin erkən aşkarlanması, müasir laboratoriyaların qurulması və baytarların təkmilləşdirilməsi vacib məsələlərdən biridir”.
Oxu.Az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (WOAH), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) təşkilatçılığı ilə keçirilən tədbir zamanı deyib.
O bildirib ki, müasir texnologiyalardan istifadə və daha yaxşı praktikanın ortaya qoyulması bizim beynəlxalq təşkilatlarla əməkdaşlığımızın səviyyəsini artıracaq:
“Bu əməkdaşlıq əsasında biz beynəlxalq ekspertlərin praktikasından istifadə edəcəyik. Bu problemlərin həlli nəinki kənd təsərrüfatı sahəsində, eləcə də insanların sağlamlığının qeydinə qalınmasında mühüm rol oynayacaq”.
Daha çox foto burada: PhotoStock.az
Könül Cəfərli