Ağdaşda su arxına yıxılan şəxs ölüb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, rayonun Aşağı Ləki kənd sakini 1986-cı il təvəllüdlü Ömər Hicran oğlu Saadov su arxına yıxılıb.
Ağdaşda su arxına yıxılan kişi öldü - VİDEO
Hadisə nəticəsində o boğularaq vəfat edib. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Ömər Saadovun epilepsiya xəstəsi olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Aygün Mirakif