Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində tikinti zamanı baş verib.
Bakı şəhər sakini - 1962-ci il təvəllüdlü Kazım Qubad oğlu Baxışev fəhlə işlədiyi evin ikinci mərtəbəsindən yerə çırpılıb. O, aldığı xəsarətlərdən yerindəcə həyatını itirib.
Faktla bağlı araşdırmalar aparılır.