Dünən Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə zamanı üç nəfər xəsarət alıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində ana və iki azyaşlı övladı xəsarət alıb.
Xəsarət alanlar Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan akademik Z.Məmmədov adına xəstəxanaya hospitalizasiya olunublar.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.