ABŞ-nin Şimali Karolina ştatının qubernatoru Roy Kuper ukraynalı İrina Zarutskayanı qətlə yetirən şəxsi azadlığa buraxıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Qubernator Roy Kuper sonradan mərhum İrina Zarutskayanın həyatına son qoyan həmin şəxsi həbsdən azad edib", - deyə o, açıqlayıb.
Ağ Evin rəhbəri əlavə edib ki, qubernator Kuper koronavirus infeksiyasından qorunmaq bəhanəsi ilə daha 83 cinayətkarı həbsxanadan buraxıb. Nəticədə, azadlığa qovuşan həmin məhkumlar əlavə olaraq 25 insanın da ölümünə bais olublar.
Xatırladaq ki, İrina Zarutskaya 2025-ci il avqustun 22-də Şarlott şəhərindəki ictimai nəqliyyatda bıçaqlı hücum nəticəsində həlak olub. Cinayəti törətməkdə şübhəli bilinən evsiz Dekarlos Braun əvvəllər də silahlı quldurluğa görə məhkum olunub. 2026-cı ilin iyun ayında keçirilən psixiatrik ekspertiza nəticəsində onun məhkəmə prosesində iştirak etmək iqtidarında olmadığı müəyyənləşib. Lakin müalicə kursundan sonra o, fəaliyyət qabiliyyətli hesab edilərsə, məhkəmə işi davam etdiriləcək. Bildirilir ki, qatil Zarutskayaya qarşı heç bir xüsusi səbəb olmadan hücum həyata keçirib.