İmişli rayonunda 56 yaşlı kişi dəm qazından boğulub.
Oxu Az-ın məlumatına görə, hadisə dekabrın 26-da axşam saatlarında rayonun Çahar kəndində baş verib.
Kənd sakini, 1969-cu il təvəllüdlü Mehman Məmməd oğlu Nəsirov yaşadığı evin hamamında çimərkən dəm qazından boğulub. Yaxınları onun meyitini hamamda aşkarlayıblar.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.
Samir Əli