Samux rayonu, Yenikənd kəndində kanalda bir nəfərin batması ilə bağlı məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Hazırda vətəndaş - 2009-cu il təvəllüdlü Məmmədova Gülnaz Elçin qızının batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Kür çayında gənc qız batıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə çayın Samux rayonundan keçən hissəsində qeydə alınıb.
Gəncə şəhəri, Məhsəti qəsəbə sakini, yaxşı təxminən 16-17 olan qız (şəxsiyyəti dəqiqləşdirilir) çayın Yenikənd ərazisindən keçən hissəsində batıb.
Hazırda Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən gənc qızın axtarışları davam edir.
Fakta bağlı araşdırma aparılır.