Abşeron rayonunun Masazır kəndində yerləşən şərab evlərindən birində spirtli içki aldıqdan sonra pulunu ödəməkdən imtina edən şəxslə obyektin əməkdaşları arasında mübahisə yaranıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı, polis baş leytenantı Cəsarət Qənbərli məlumat verib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 26 yaşlı E.Rzayev saxlanılıb.
Hazırda faktla bağlı Abşeron Rayon Polis İdarəsində təhqiqat araşdırması aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.