Mərdəkan şosesində baş verən yol-nəqliyyat hadisəsində bir nəfər xəsarət alıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə saat 14:13-də qeydə alınıb.
Belə ki, 77-RP-128 dövlət qeydiyyat nişanlı "Ford" markalı avtomobillə 90-XB-990 dövlət qeydiyyat nişanlı "Range Rover" markalı avtomobil toqquşub.
Qəza nəticəsində "Ford"un sürücüsü xəsarət alıb.
Bu gün Mərdəkan şosesində, Hava Limanı istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəza zamanı su daşıyan 77-RP-128 dövlət qeydiyyat nişanlı yük maşını ilə "Range Rover" markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində avtomobillərə ziyan dəyib.