Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa olundu
Sürücülük hüququ olmadan sükan arxasına əyləşən şəxsin narkotik aludəçisi olduğu üzə çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsinin Masallı rayonu ərazisində yerləşən stasionar postunda Elvin Əsədullayevin idarə etdiyi VAZ markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı aşkarlanıb və hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub.
Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunan E.Əsadullayev məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilib.
"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)" teqi üzrə xəbərlər
- DYP Novruz bayramı ilə əlaqədar gücləndirilmiş rejimdə çalışacaq
- Bayram günlərində avtomobillərini texniki müayinədən keçirmək istəyənlərin NƏZƏRİNƏ
- Yol polisindən XƏBƏRDARLIQ
- Dövlət Yol Polisi səhhətində ciddi problemlər olan sürücülərə MÜRACİƏT ETDİ
- BDYPİ: "Avtonəqliyyat vasitələrində qaz avadanlıqlarının quraşdırılması tövsiyə edilmir"