"TikTok"da qeyri-etik informasiyalar yayan kişi həbs edilib.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Səfayıl Əliyev Ağdamda polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib.
Müvafiq qərarla S.Əliyev inzibati qaydada həbs edilib.
Qaynar xətt:
(055) 224 12 12