Beyləqan rayonunda su kanalında boğulma hadisəsi qeydə alınıb.
Oxu.Az xəbər verir ki, rayonun Bünyatlı kəndi ərazisində baş verən hadisə nəticəsində Gödəklər kənd sakini, 2011-ci il təvəllüdlü Murad Ramil oğlu Əmrahlı həyatını itirib.
Məlumata görə, yeniyetmə kanalda çimərkən boğulub. Onun meyiti kənd sakinləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12