Sumqayıtda 25 yaşlı oğlanı bıçaqlayan şəxs saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, hadisə noyabrın 1-də axşam saatlarında baş verib. Şəhərin "Yaşıldərə" adlanan ərazisində Xəyal Ələkbər oğlu Paşayev şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı 2000-ci il təvəllüdlü Mehdi Ələsgər oğlu Qəhrəmanovu bıçaqla vurub.
Faktla bağlı cinayət işi başlanılıb.
X.Paşayev şübhəli şəxs qismində tutulub.
Samir Əli