Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi "Şuşa şəhərciyi"ndə yerləşən obyektlərin birində yanğın başlayıb.
Bununla bağlı Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Qaynar xətt:
(055) 224 12 12