Tovuzda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Tovuz Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, oktyabrın 16-da saat 12 radələrində Tovuz rayonu, Əyyublu kəndi ərazisində 1996-cı il təvəllüdlü Mətanət Hacızadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1993-cü il təvəllüdlü Səbuhi Hacızadənin Mətanət Hacızadəni qəsdən öldürməsi, daha sonra isə özünün meyitinin tapılması ilə bağlı əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
"Onlar küsülü idilər, bir-biri ilə danışmırdılar. Səbuhi xaricdə idi, gəlib qızımı hədələyib. İnanmazdım ki, belə bir hadisə baş verə bilər".
Oxu.Az "Teleqraf"a istinadla xəbər verir ki, bu sözləri əri tərəfindən qətlə yetirilən 26 yaşlı Mətanət Hacızadənin atası Asif Hacızadə bildirib.
Onun sözlərinə görə, kürəkəni qızını xəyanətdə ittiham edirmiş: "Xəbər verdilər ki, belə bir hadisə baş verib. Evimə gəlib qızımı bıçaqlayıb və qaçıb. Mənim həyatımı söndürdü. Qızım üç aydır bizimlə qalırdı, ər evinə getmirdi. Aralarında danışıq yox idi. Əvvəllər münasibətləri normal idi, amma sonradan oyun qurdular, aralarını vurdular. Kimsə onun beynini doldururdu. Qızıma deyirdi ki, guya sən pis yoldasan".
Tovuz rayonunda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxsin meyiti tapılıb.
Oxu.Az xəbər verir ki, 1993-cü il təvəllüdlü Səbuhi Hacızadənin meyiti kənd ərazisində aşkar olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Əli Məmmədov
Bu gün Tovuzda törədilmiş qətllə bağlı bəzi məqamlar üzə çıxıb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinən 32 yaşlı Səbuhi Hacızadə Monteneqroda işləyirmiş.
O, dörd ay imiş həmin ölkədə çalışırmış və dünən Azərbaycana qayıdıb.
Bundan sonra Səbuhi qayınatasının Tovuzun Əyyublu kəndində yerləşən evinə gedərək orada həyat yoldaşı Mətanətə hücum edib. Onun öz həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirdiyi bildirilir.
Hadisədən sonra S.Hacızadə paylaşdığı videoda arvadını öldürdüyünü etiraf edib və öz həyatına da son qoyacağını deyib.
Hələlik ondan xəbər almaq, taleyi barədə məlumat öyrənmək mümkün olmayıb.
Bu gün Tovuzda 29 yaşlı Mətanət Hacızadənin qətlə yetirilməsindən sonra cinayətdə şübhəli bilinən əri Səbuhinin videosu yayılıb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Səbuhi Hacızadə videoda hadisəni törətdiyini və öz canına da qəsd edəcəyini deyib.
O, əlindəki bıçaqda olan qanı göstərərək cinayəti qısqanclıq zəminində törətdiyini, həbsdən qorxmadığını, lakin yaşamaq istəmədiyini də vurğulayıb:
"İnşallah, ölmüsən, növbədə öz canımı verməkdir".
Qeyd edək ki, hadisədən sonra Səbuhidən xəbər almaq və yerini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Tovuz rayonunda baş verən qətlin bəzi təfərrüatı məlum olub.
Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 32 yaşlı Səbuhi Hacızadə bir müddətdir Almaniyada yaşayırmış və dünən axşam Azərbaycana qayıdıb.

Fotoda Səbuhi Hacızadə
Məlumata əsasən, həyat yoldaşı Mətanət Hacızadə ilə aralarında yaranan mübahisə zamanı S.Hacızadə qadının boğaz nahiyəsinə kəsici alətlə xəsarət yetirib.
Cütlüyün üç oğlu var.
Tovuz rayonunda qətl hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Mətanət Asif qızı Hacızadə bıçaqlanaraq qətlə yetirilib.
Polis əməkdaşları tərəfindən qətli törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı, 1993-cü il təvəllüdlü Səbuhi Vidadi oğlu Hacızadənin saxlanılması istiqamətində tədbirlər görülür.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
Faktla bağlı araşdırma aparılır.
Əli Məmmədov