Abşeron sakini yaşadığı evdə dəm qazından boğulub.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Xırdalan şəhəri, 26-cı məhəllədə qeydə alınıb. Həmin məhəllədəki fərdi yaşayış evlərindən birində yaşayan Rahib Qənbərov hamam otağında dəm qazından zəhərlənib.
Yaxınları onun meyitini hamamda aşkarlayıblar.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli