Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Milyonlarla “Windows” istifadəçisi təhlükə altındadır
“Windows” əməliyyat sistemli kompüterlərə yazılan proqram təminatlarının yarıya yaxını istifadəçinin şəxsi məlumatlarına risk yaradır. Buna səbəb həmin proqramlarının köhnəlmiş versiyalarının virtual müdaxilələrə həssas olmasıdır.
Oxu.Az xəbər verir ki, “Avast” antivirus proqramının şirkəti 163 milyon cihazın təhlili əsasında belə bir məlumat yayıb.
Şirkətin IT ekspertlərinin sözlərinə görə, “Windows” istifadəçilərinin 94 faizindən çoxu “Skype”ın köhnəlmiş versiyasından istifadə edir, 85 faizi “Mozilla Firefox” brauzerini, 77 faizi isə “iTunes” proqramını hələ də yeniləməyib.
Mütəxəssislər əmin edir ki, virtual dələduzlar köhnə versiyalardakı boşluqlardan istifadə edib, kompüterə müdaxilə edə bilər.
Bundan başqa, demək olar ki, bütün kompüter istifadəçilərinin yararlandığı “Word” proqramının daxil olduğu MS Office paketinin köhnə versiyaları da kiberhücumlara həssasdır.
Mütəxəssislər belə halların yaşanmaması üçün kompüterdəki proqram təminatlarını vaxtında yeniləməyi tövsiyə edir.
Rəylər