Apr
2019
23:45
208
31
18772
Virtual karabakh

Sabahdan “WhatsApp”da yeni funksiya tətbiq olunacaq

3 Apr, 2019
23:45
18772

Sabahdan “WhatsApp”da yeni funksiya tətbiq olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“WhatsApp”ın yaradıcıları daha bir funksiyanın tətbiqinə başlayır.

RİA Novosti -nin xəbərinə görə, bundan sonra istifadəçiləri öz razılıqları olmadan hansısa qruplara əlavə etmək mümkün olmayacaq.

Yeni əlavə parametrlərdə görsənəcək. Parametrlərə daxil olarkən, “istifadəçini kim qruplara əlavə edə bilər” bölümündə  “telefon nömrələri siyahısındakı şəxslər və ya heç kim” deyə seçim imkanı yaranacaq.

İstifadəçini qrupa əlavə etmək istəyəndə ona sorğu göndəriləcək və uyğun olaraq, istəyin rədd edilməsivə ya əlavə edilməsi imkanı yaradılacaq. Sorğu 3 gün ərzində aktiv olacaq.

Yeni funksiya sabahdan fəaliyyətə başlayacaq və bir neçə gün sonra hər kəsin istifadə etməsi mümkün olacaq.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri