20 
May
2020
12:05
11
56
1324
Virtual karabakh

Koronavirus dönəmindən sonra miqrasiya xidmətlərinə müraciət necə təşkil ediləcək? - RƏSMİ

20 May, 2020
12:05
1324

Koronavirus dönəmindən sonra miqrasiya xidmətlərinə müraciət necə təşkil ediləcək? - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dövlət Miqrasiya Xidmətinin elektron xidmətləri kifayət qədər təkmildir və bu gün üçün problem yoxdur”.

Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və ölkəmizdə olan əcnəbilərə göstərilən xidmətlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, gələcək üçün xidmətlərə müraciətin elektron şəkildə qalmasına çalışılacaq:

“İdarə daxilində fəaliyyət elektronlaşdırılıb. Şəxsin sənədlərini fiziki olaraq gətirməsi vaxt alır.

Şəxs sənədlərini skan edib, elektron formaya salarsa, problem olmaz. Çalışacağıq ki, postpandemiya dövründə elektron xidmətlərdən istifadə yenə də yüksək olsun”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri