Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

39 yaşlı Santi Kasorla yeni müqavilə imzalayıb: Ən az maaşı o alacaq
39 yaşlı Santi Kasorla İspaniyanın ikinci liqasında çıxış edən "Real Oviyedo" klubu ilə daha bir illik müqavilə imzalayıb.
Məlumata görə, təcrübəli yarımmüdafiəçi klubda ən az maaş alan futbolçudur (93 min avro).
Bundan əlavə Santi Kasorla forma satışından əldə olunan gəlirin 10%-ni klubun akademiyasına bağışlayır.
Qeyd edək ki, Santi Kasorla indiyədək "Vilyareal", "Malaqa" və "Arsenal" klubunun şərəfini qoruyub.
Mənbə: Chempionat.com
Ən çox oxunanlar