AFFA-da seçkilər yanvarın 28-də keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin keçirilən iclasından sonra AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.
AFFA İcraiyyə Komitəsinin Hesabat-Seçki konfransı 28 yanvarda baş tutacaq. İcraiyyə Komitəsinin 13 üzvü burda seçiləcək.
Məhz bundan sonra yeni İcraiyyə Komitəsinin iclası olacaq və burda millinin baş məşqçisi məsələsi müzakirə ediləcək. Həmçinin orda AFFA prezidenti yeni icraçı vitse-prezidenti, üç vitse-prezidenti və baş katibi təyin edəcək.
Qeyd edək ki, bu gün AFFA-nın Növbədənkənar Konfransında qurumun Nizamnaməsinə əlavə və dəyişikliklər olunub. Bu dəyişikliklərə əsasən İcraiyyə Komitəsinin üzvlərinin sayı 11-dən 13-ə, vitse-prezidentlərin sayı isə ikidən dördə qaldırılıb.
Səbuhi Musayev