Ukraynalı boksçu Aleksandr Usik idman karyerasını başa vurmaq qərarının səbəblərindən danışıb.
Oxu.Az xəbər verir ki, bu barədə o, "New York Times"a müsahibəsində bəhs edib.
Daha əvvəl 39 yaşlı Usik peşəkar boksda vida döyüşünə çıxmaq üçün superağır çəkidə WBA, WBC və IBF üzrə dünya çempionu kəmərlərindən imtina etmişdi.
"Karyeramı niyə başa vururam? Bilmirəm niyə. Məsələn, Tayson Fyuri var. O, gah karyerasını bitirir, gah da geri qayıdır. Yenidən bitirir və yenidən qayıdır. Biz idmanda çox vaxt keçiririk, buna görə də "mənim üçün hər şey bitdi" demək çox çətindir. Lakin bu qədər uzun müddət çalışanda bədənin yorulur. Məndə də belədir. Mən dəmirdən yaradılmamışam, yadplanetli deyiləm. Mənim ailəm, oğullarım və qızlarım var", - deyə Usik vurğulayıb.
Qeyd edək ki, Aleksandr Usik peşəkar boksda keçirdiyi 25 döyüşün hamısında qələbə qazanıb.