Almaniyanın "Nürnberq" klubundan ayrılan Azərbaycan yığmasının üzvü Mahir Emreli karyerasını "Neftçi"də davam etdirə bilər.
Oxu.Az Qol.az-a istinadən xəbər verir ki, Bakı klubu forvarda artıq təklif göndərib.
Lakin Mahir Avropada çıxışını davam etdirmək istədiyi üçün "ağ-qaralar"a cavab verməyib.
Qeyd edək ki, hazırda futbolçunun Almaniyanın 3 klubu ilə danışıq apardığı bildirilir.