DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində VIII tur davam edir.
İlk oyun günündə E, G, H və J qruplarında ümumilikdə 11 qarşılaşma keçirilib.
E qrupunda Estoniya evdə Uelsə, Belarus isə Çexiyaya uduzub.
G qrupunda Türkiyə millisi Latviyanın qonağı olub. Görüş “ay-ulduzlular”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada hər 3 qolu türkiyəli futbolçular vurublar. 70-ci dəqiqədə Merih Demiral avtoqol müəllifi olub. 6 dəqiqə sonra Serdar Dursun tarazlığı bərpa edib. Matçda son nöqtəni isə əsas vaxta əlavə olunmuş 9-cu dəqiqədə penaltidən Burak Yılmaz qoyub. Bu nəticədən sonra xallarını 15-ə çatdıran Türkiyə millisi 3-cü pillədəki mövqeyini qoruyub.
Bu qrupun digər matçlarında lider Niderland xalsız Cəbəllütariqi darmadağın edib, 2-ci yerdə gedən Norveç isə Monteneqroya qalib gəlib.
H qrupunda Xorvatiya Slovakiya ilə bacarmayıb, Sloveniya isə evdə Rusiyaya məğlub olub. Kipr - Malta matçında isə qalib müəyyənləşməyib.
J qrupunda Rumıniya Ermənistanı, Şimali Makedoniya Almaniyanı, İslandiya Lixtenşteyni qəbul edib. Səfərdə Şimali Makedoniyaya qalib gələn Almaniya vaxtından əvvəl dünya çempionatına vəsiqəni təmin edib. Buna Ermənistanın Rumıniyaya uduzması səbəb olub.
Qeyd edək ki, dünya çempionatına birbaşa vəsiqəni 10 qrupda birinci yeri tutan komandalar qazanacaqlar. İkinci pilləni tutan 10 ölkə Millətlər Liqasının ümumi reytinqində iki qrup qalibləri ilə birgə pley-off mərhələsində üz-üzə gələrək, qalan üç vəsiqənin sahibini müəyyənləşdirəcək.
DÇ-2022, seçmə mərhələ
VIII tur
11 oktyabr
E qrupu
Belarus - Çexiya - 0:2
Qollar: Patrik Şik, 22, Adam Qlojek, 65
Estoniya - Uels - 0:1
Qol: Kiffer Mur, 12
G qrupu
Latviya - Türkiyə - 1:2
Qollar: Merih Demiral, 70 (avtoqol) - Serdar Dursun, 76, Burak Yılmaz, 90+9
Rumıniya - Ermənistan - 1:0
Qol: Yonuts Mitritse, 26
İslandiya - Lixtenşteyn - 4:0
Qollar: Stefan-Teytür Tordarson, 19, Albert Qvüdmündsson, 35 (penalti), 79 (penalti), Andri Qudyonsen, 89