Andrea Pirlonun yeni komandası bəlli olub. 46 yaşlı italiyalı baş məşqçi Birləşmiş Ərəb Əmirliklərinin "Dubay Yunayted" komandası ilə müqavilə imzalayıb.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
"Andrea, "Yunayted"ə xoş gəldin. Andrea Pirlonun komandanın baş məşqçisi təyin olunduğunu rəsmən elan etməkdən məmnunuq", - deyə klubun bununla bağlı paylaşımında bildirilib.
2020/21 mövsümündə "Yuventus"u çalışdıran italiyalı baş məşqçi Andrea Pirlo ən son keçən mövsüm "Sampdoriya"da fəaliyyət göstərib.