"Mercedes" komandasının pilotu Kimi Antonelli 2026-cı il mövsümünün "Formula-1" dünya çempionatının 10-cu mərhələsi olan Belçika Qran-prisinin təsnifat mərhələsində birinci olub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, yarış Spa-Frankorşam trasında keçirilir.
İkinci yeri "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen tutub. Üçüncü pillədə isə "McLaren"in britaniyalı pilotu Lando Norris qərarlaşıb.
Qran-prinin əsas yarışı bazar günü keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qaynar xətt:
(055) 224 12 12